Çinin avtomobil markalarının Avropada bazar payı artır
Avtomobil məlumat təminatçısı JATO Dynamics-dən götürülmüş məlumatlara görə, bu ilin ilk yarısında Çinin avtomobil markalarının Avropada bazar payı keçən ilin eyni dövrü ilə müqayisədə təxminən ikiqat artaraq 5,1%-ə çatıb.
Marja.az xəbər verir ki, qeyd olunan dövrdə Avropada avtomobil satışları 1,9% azalıb və 5 milyon 576 min 568 ədədə enib. Avropanın avtomobil bazarı kiçilsə də, rəqabət güclənib və bu, əsasən Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ mənşəli avtomobil istehsalçılarının ziyanına olub.
Buna qarşılıq Çinin avtomobil markaları Avropa bazarında möhkəmlənməkdə davam ediblər. Avropada bazar payında Çin markaları 5,2% paya sahib olan Mercedes-dən sonra, 3,8% paya malik olan Ford-dan isə öncə qərarlaşıblar.
Qiymət siyasətində xüsusilə aqressiv mövqe nümayiş etdirən Çinin avtomobil markaları, 2025-ci ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 311% artımla 70 min 500 satışa nail olublar. İyun ayının ümumi göstəricilərinə baxdıqda isə Çinin avtomobil markaları Mercedes-i geridə qoyublar.
Bu sürətli artımda BYD, JAECOO, Omoda, Leapmotor və Xpeng kimi Çin avtomobil istehsalçılarının rolu böyük olub. Yalnız iyunda BYD 15 min 565 satışla ən çox satan 25 marka arasında yer alaraq Suzuki, MINI və Jeep-i geridə qoyub.
BYD SEAL U, Volkswagen Tiguan ilə iyunda Avropada ən çox satan plug-in hibrid avtomobil olub, ilin ilk yarısında isə üçüncü yerdə qərarlaşıb.
Digər avtomobil qruplarının bazar paylarında azalma
Çinin avtomobil markaları bazar paylarını artırmaqda davam etdirərkən, sahənin aparıcı markalarının bazar paylarında azalma müşahidə olunur.
2025-ci ilin ilk yarısında Stellantis qrupunun bazar payı illik müqayisədə 16,7%-dən 15,3%-ə düşüb. Tesla 2025-ci ilin ilk yarısında bazar payında ikinci ən böyük azalma yaşayan marka olub və bazar payı 2,4%-dən 1,6%-ə geriləyib.
Ekspertlər bildirirlər ki, yenilənmiş Tesla Model Y gözlənilən satış artımını hələlik təmin edə bilməyib. BYD ilə Volkswagen qrupu arasındakı rəqabət də Tesla-nın bazardakı mövqeyini qorumasını çətinləşdirir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















