Beynəlxalq neft və qaz xidmətləri şirkəti Azərbaycan bazarını tərk edir
Baş ofisi Böyük Britaniyanın Aberdin şəhərində yerləşən beynəlxalq neft və qaz xidmətləri şirkəti "Keysiey Döytaq Kaspian Limited"(KCA Deutag) Azərbaycan Respublikasindaki Nümayəndəliyinin ləğv olunduğunu elan edib.
Marja.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 340 ünvanına bildirə bilərlər.
"Keysiey Döytaq Kaspian Limited" (KCA Deutag) Şirkətinin Azərbaycan Respublikasindaki Nümayəndəliyi 2004-cü ilin Noyabr ayında dövlət qeydiyyatına alınmışdı. Bundan öncə də Şirkət Azərbaycanda layihələrin icrası ilə məşğul olmuşdur.
KCA DEUTAG-ın Azərbaycanda fəaliyyətinin təməli 1995-ci ildə, ABƏŞ-in “Çıraq” layihəsində qazma işləri üzrə tenderi udduğu zamandan qoyulmuşdur. Şirkət T-105 qazma qurğusunu təkmilləşdirərək onu “Çıraq” platforması üzərində quraşdırmış və 1997-ci ildə qazma əməliyyatlarına başlamışdır. Çıraq yatağından ilk neft 1997-ci ilin noyabrında alınmışdır.
Bundan sonra şirkət “Azəri” və “Günəşli” yataqlarında tikilən platformalar üçün qazma qurğularının layihələndirilməsi və inşası sahəsində müqavilələrin, həmin platformalardan qazma və texniki xidmət üzrə işlərin, həmçinin “Şahdəniz” yatağında qurulmuş TPG-500 qazma qurğusunun layihələndirilməsi, tikilməsi və sonralar qazma və texniki xidmət işləri üzrə podratçısı kimi seçilmişdir.
"KCA Deutag" və "SOCAR AQŞ" ilə birlikdə "Turan Drilling & Engineering Company" MMC şirkətini yaratmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 24 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




























