Gəncədə 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili istehsal edilib
2025-ci il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Marja.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 301,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 61,4 milyon manatı, yaxud 20,4 faizi dövlət sektorunun sənaye müəssisələri, 240,1 milyon manatı, yaxud 79,6 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 239,0 milyon manatı, yaxud 89,9 faizi qeyri-dövlət sektoruna aid olmaqla 265,8 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 66,5 milyon manat qida məhsulları istehsalı, 9,7 milyon manat içki, 130,1 milyon manat metallurgiya sənayesi məhsulları, 26,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 32,8 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-iyun ayları ərzində 45,8 min ton un, 115,61 min dekalitr araq, 57,4 min dekalitr şərab, 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili, 11493,54 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 5478 ədəd elektron, 248768 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-iyun ayları ərzində 22,9 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,0 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 142,8 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 78,9 faizi dövlət, 21,1 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 129,9 milyon manatı və ya 91,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 7,8 dəfə artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 15,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 8,3 milyon manatını, yaxud 55,1 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 6,8 milyon manatını və ya 44,9 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.
Kənd təsərrüfatının vəziyyəti
2025-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1951,3 min manat təşkil etmişdir ki, onun da 500,9 min manatı bitkiçilik məhsullarının, 1450,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.
2025-ci ilin məhsulu üçün şəhər üzrə 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun da 8,0 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun aylarında tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 265,4 ton meyvə və giləmeyvə toplanmışdır.
2025-ci ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 670 baş iribuynuzlu mal-qara (ondan 266 baş inək və camış), 1139 baş qoyun və keçi, 6 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 108 ton ət diri çəkidə, 327 ton süd, 608 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 1,0 ton və ya 0,3 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















