Kanada da Fələstini dövlət kimi tanıyacaq
Kanadanın baş naziri Mark Karni sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.Kanadanın baş naziri Mark Karni (Mark Carney) İsrailin Qəzzada tətbiq etdiyi hərəkətləri pisləyib və sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini "bir dövlət kimi tanıyacaqlarını" bəyan edib.
"Biz Fələstin dövlətini 2025-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında tanımağı planlaşdırırıq. Biz bunu etmək niyyətindəyik, çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb", - Karni mətbuat konfransında deyib.
On minlərlə fələstinlinin İsrail tərəfindən öldürüldüyünü, daha minlərlə fələstinlinin isə "aclığın astanasında" olduğunu bildirən Karni, "Kanada İsrail hökumətini Qəzzada vəziyyəti bu dərəcədə gərginləşdirdiyinə görə qınayır" deyib.
Karni, uzun illərdir iki dövlətli həllə sadiq olduqlarını vurğulayıb.
Kanadanın baş naziri Karni, İsrailin, Qərb Sahilinin ilhaqını tələb edən məskunlaşma planının sülh prosesini pozduğunu qeyd edərək, Qəzzada sürətlə pisləşən humanitar vəziyyətə və İsrail hökumətinin bölgəyə ərzaq və digər zəruri humanitar yardımların çatdırılmasına mane olmasına diqqət çəkib.
Fələstin prezidenti Mahmud Abbasın 2026-cı ildə ümumi seçkilər keçirmək öhdəliyini xatırladan Karni, Kanadanın fələstinlilərin ehtiyaclarını qarşılamaq üçün əlavə 30 milyon dollar, işğal altındakı İordan çayının qərb sahilində sabitliyi dəstəkləmək üçün əlavə 10 milyon dollar ayıracağını qeyd edib.
Qeyd edək ki, Fransa da Fələstini dövlət kimi tanıyacağını bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)




