Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycanda bir sıra şəhərlərarası, şəhərətrafı və rayondaxili müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Marja.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab, Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı, Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) şəhərlərarası, şəhərətrafı və rayondaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 23 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara istiqamətlərində 6 Lot üzrə sentyabrın 9-da;
Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab istiqamətlərində 6 Lot üzrə sentyabrın 10-da;
Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir istiqamətlərində 7 Lot üzrə sentyabrın 12-də;
Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində 6 Lot üzrə sentyabrın 16-da;
Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 Lot üzrə sentyabrın 17-də;
Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) istiqamətlərində 4 Lot üzrə sentyabrın 19-da baxılacaq.
Əlavə edilib ki, şəhərlərarası (rayonlararası) və şəhərətrafı marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 17 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)
