Gəncədə ilk “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
Gəncə şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
"SOCAR PETROLEUM" QSC-nin yaydığı məlumatda bildirilir ki, Quşqara kəndi, Zəfər küçəsi ünvanında yerləşən yanacaqdoldurma stansiyasının açılış tədbirində “SOCAR PETROLEUM” QSC-nin rəhbər heyəti və nümayəndələri iştirak ediblər.
Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.
Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 24 yeni iş yeri də yaradılıb.
Sürücülərin ən çox istifadə etdiyi yollardan birində fəaliyyətə başlayan yeni YDS-də 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Həmçinin elektormobil istifadəçiləri də nəzərə alınaraq stansiyada enerji doldurma məntəqəsi istismara verilib.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli 71 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















