Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu
Unibank KB ölkənin futbol tarixində özünəməxsus yeri olan Kəpəz Peşəkar Futbol Klubunun inkişafına dəstək verəcək. Bu məqsədlə tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Unibank klubun əsas sponsoru qismində çıxış edərək, Kəpəz Klubunun inkişafına maliyyə dəstəyi göstərəcək.
Bankın yaydığı press-relizdə bildirilir ki, məqsəd yalnız bir futbol klubuna dəstək deyil – bölgədə idmanın, xüsusən gənclər arasında futbola marağın yenidən güclənməsinə töhfə verməkdir.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov klubla imzalanan müqaviləni Bankın idmana dəstək strategiyasının davamı kimi qiymətləndirib: “Unibankın ölkə idmanına, xüsusilə də milli futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan Kəpəz FK ilə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil – bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır. Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət edəcəyik”.
Kəpəz Peşəkar Futbol Klubu İctimai Birliyi İdarə heyətinin üzvü Fərman Əli Zadə bu dəstəyi klubun yeni mərhələyə keçidi üçün mühüm addım kimi qiymətləndirir:“ “Unibank”ın bizim çətin dövrümüzdə yanımızda olması və bu əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.
Tərəfdaşlıq yalnız klubun maliyyə sabitliyini deyil, həm də bölgədə futbolun və gənclər arasında idmanın inkişafını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 18 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb






.jpg)










.jpg)




