SİMA ilə taksi səfərləri daha etibarlı!
Artıq " Bolt”, “Uber” və “Yango” sürücüləri üztanıma yoxlamasından keçdikdən sonra taksi fəaliyyəti ilə məşğul ola biləcəklər.(®) SİMA-nın üztanıma texnologiyasının qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəsinə başlanılıb.
Artıq qeyd edilən taksi operatorlarının sürücüləri şəxsiyyətlərini SİMA-nın KYC (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər. Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bununla da uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısı alınacaq.
Yeniliyin əsas məqsədləri:
- Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;
- Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;
- Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;
- Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.
İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zaman aralığında üztanıma testindən keçməsi tələb oluna bilər. Həmin mərhələlər aşağıdakı kimidir:
- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda;
- Sifariş tələbi gələn zaman (alqoritm əsasında).
Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.
“SİMA KYC” haqqında
“SİMA KYC” (Know Your Customer – Müştərini Tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)





