Kredit yarmarkalarında 1 milyon manata yaxın kredit ayrılıb
Aqrar Biznes Festivalları çərçivəsində keçirilən kredit yarmarkalarında fermer və sahibkarlıq subyektlərinə 1 milyon manata yaxın kredit ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda kənd təsərrüfatının inkişafı, yerli sahibkarlığın təşviqi və fermerlərin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində cari il ərzində 7 “Kredit Yarmarkası” təşkil edilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarmarkalarda dövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredit təşkilatlarının, eləcə də fermer və sahibkarların fəal iştirakı təmin olunub.
Kredit yarmarkasının əsas məqsədi regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini, məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilə təmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir.
2025-ci ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalar çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən fermer və sahibkarlıq subyektlərinə ümumilikdə 965 500 manat dəyərində kredit verilib.
Yarmarkalar çərçivəsində maliyyələşmə imkanları, güzəştli kredit alətləri, subsidiya və təminat mexanizmləri mövzularında “Dövlətin maliyyə mexanizmləri” panel sessiyaları təşkil olunub. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi və ölkənin aparıcı bankları və bank olmayan kredit təşkilatları iştirak ediblər. Panel sessiyaları zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə fermer və sahibkarlara məlumatlar verilib. Cari il ərzində 6 iqtisadi rayonu əhatə etməklə İmişli, Ağdaş, Zəngilan, Quba, Samux və Şəmkir rayonlarında “Dövlətin maliyyə mexanizmləri” mövzusunda 6 panel müzakirə təşkil edilib. Müzakirələr zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud çağırışlar və imkanlar təhlil olunub, praktiki suallara cavab verilib.
Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerlərin maliyyə resurslarına çıxışın asanlaşdırılması və sahibkarlığın təşviqi istiqamətində Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları və “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində davamlı şəkildə bütün iqtisadi rayonlarda təşkili nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
20 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
