“FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir”
Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantı protokollarının dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər zəifləyib. Dünən 1.16900 səviyyəsindən bahalaşmağa başlayan EUR/USD cütlüyü bu gün səhər saatlarında 1.17500 səviyyəsinə qədər yüksəlib. USD/JPY cütlüyü isə ilk öncə 146.480 həddindən 145.750 həddinə kimi geriləyib, lakin hazırda artıq 146.400 həddinə kimi yüksəlib.
FED faiz dərəcələrinin perspektivləri ilə bağlı rəsmilər arasında fikir ayrılıqları əsasən tariflərin inflyasiyaya necə təsir göstərə biləcəyi ilə bağlı gözləntilərin fərqli olması ilə əlaqədardır.
İclasdan sonra dərc edilən yeni faiz dərəcəsi proqnozları göstərib ki, 19 rəsminin 10-u ilin sonuna qədər faiz dərəcələrinin ən azı iki dəfə azaldılacağını proqnoz edirlər. Lakin, yeddi nümayəndə ümumiyyətlə 2025-ci ildə faiz dərəcələrinin azaldılacağını proqnozlaşdırmır, iki nəfər isə yalnız bir dəfə azalmanın olacağını düşünür. Protokolda qeyd olunur ki, komitə üzvləri tariflərin inflyasiyaya potensial təsirinin vaxtı, miqyası və müddəti ilə bağlı “əldə olunan böyük qeyri-müəyyənliyə” işarə ediblər. Rəsmilər tariflərin nəticələrini fərqli qiymətləndirdiklərinə görə, onların inflyasiyaya mümkün təsiri ilə bağlı da müxtəlif yanaşmalar ortaya çıxıb.
ABŞ prezidenti Donald Tramp 1 avqust tarixindən etibarən ABŞ-a idxal olunan mallara tariflərin tətbiq ediləcəyi barədə ondan çox ölkənin liderinə məktub göndərib. O, həmçinin yaxın vaxtlarda idxal olunan misə 50%, əczaçılıq preparatlarına isə 200% həcmində tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Bundan əlavə, Tramp FED-i yenidən uçot faiz dərəcəsini endirməyə çağırıb.
“FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir”, – deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp əlavə edib ki, bu faiz bəndlərinin hər biri ABŞ-a dövlət borcunun refinansinqi üzrə ildə əlavə 360 milyard dollara başa gəlir.
Hazırda bazar iştirakçıları FED-in cari ilin sonuna qədər faiz dərəcəsini daha iki dəfə, hər dəfə 25 baza bəndi olmaqla, azaldacağını ehtimal edir. Analitiklərin əksəriyyəti ilk endirimin sentyabr ayında olacağını proqnozlaşdırır.
Bu gün investorların diqqət mərkəzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
-
1 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Ən çox oxunanlar
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə














.jpg)













