Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir
Azərbaycanda audit bazarında haqsız rəqabət auditorları ciddi narahat edir.
Bu barədə Auditorlar Palatasında keçirilən “Auditorun səsi” adlı onlayn müzakirədə müxtəlif auditor şirkətlərinin təmsilçiləri və sərbəst auditorlar çıxış ediblər.
Sərbəst auditor Aygün Səfərova bildirib ki, bir çox auditorlar xidmət müqavilələrini qanunla müəyyən olunmuş minimum qiymət hədlərindən aşağı məbləğlərlə bağlayırlar.
Onun sözlərinə görə, bu vəziyyət bazarda sağlam rəqabətə mane olur və keyfiyyətli audit xidmətlərinin göstərilməsini sual altına alır: “Əgər bütün auditorlar bu qaydalara eyni vaxtda əməl etsələr, sahibkarlar da təqdim etdiyimiz qiymət cədvəlinə uyğunlaşarlar. Amma bəzən bizdən minimum həddi pozmağımız tələb olunur. Mən buna razılaşmıram. Minimum hədlərə əməl etməyən auditorların rəy hüququ ya ləğv olunmalı, ya da fəaliyyətlərinə müvəqqəti xitam verilməlidir.”
Digər auditor Yasin Şirinov bu fikri dəstəkləyərək bildirib ki, çox aşağı qiymətlə aparılan auditin keyfiyyətindən danışmaq mümkün deyil: “Keyfiyyətə nəzarət mexanizmlərinin zəifliyi və cəza tədbirlərinin tətbiq olunmaması problemin uzun müddət həll olunmamasına səbəb olub”
Auditor Lamiyə Bayramova isə deyib ki, minimum hədlərə əməl etməyən auditorların mənfi rəy verdiyi sifarişçilərə digər auditorların əsassız olaraq müsbət rəy verməsi bazarda xaosa səbəb olur: “Bu, haqsız rəqabətə yol açır və mənfi hallara gətirib çıxarır. Palata mənfi rəylər, şərti-müsbət rəylər və rəydən imtina halları üzrə mütəmadi araşdırmalar aparmalı və nəticələrə uyğun tədbirlər görməlidir.”
Palata rəsmiləri qeyd ediblər ki, minimum hədlərə əməl olunmaması məsələsi ciddi nəzarətə götürüləcək və bu istiqamətdə yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
50 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















