SOCAR-ın əsas əməliyyat gəlirləri və ümumi mənfəəti azalıb
90 milyard manat gəlirdən 2,9 milyard manat xalis mənfəət qalıb. 90 milyard 111 milyon manat qazanıb, 87 milyard 184 milyon manatını xərcləyib.Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ili 2 milyard 927 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, SOCAR-ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 854 milyon manat və ya 41,2% artıb. Xalis mənfəətin artması əsas əməliyyat gəlirlərinin artması ilə deyil, əsasən 1 milyard 970 milyon manat sair əməliyyat gəliri ilə əlaqədardır.
Marja.az SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkətin əsas əməliyyat gəlirləri 2023-cü ildə 85 milyard 201 milyon manat ikən, 2024-cü ildə 84 milyard 689 milyon manata düşüb (512 milyon manat azalıb). Satışın maya dəyəri isə 657 milyon manat artaraq 77 milyon 296 milyon manata yüksəlib. Gəlirlərin azalması, satışın maya dəyərinin isə artması ilə əlaqədar olaraq ötən il SOCAR-ın ümumi mənfəəti 1 milyard 169 milyon manat və ya 13,6% azalaraq 7 milyard 393 milyon manata düşüb.
Ötən il SOCAR-ın cəmi əməliyyat gəlirləri 90 milyard 111 milyon manat, cəmi əməliyyat xərcləri 86 milyard 272 milyon manat, əməliyyat mənfəəti 3 milyard 839 milyon manat təşkil edib. Azərbaycanın ən iri şirkəti əməliyyat mənfəətindən 912 milyon manat mənfəət vergisi ödəyib.
31 dekabr 2024-cü il tarixində SOCAR 94 milyard 701 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 71 milyard 966 milyon manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
28 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)












