Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verildi
İqtisadi Şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılıb. İqtisadi sahənin əsas sütünu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstesalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin Sədri Bəşirov Elxan Hidayət oğlu seçilib.
Ölkə başçısının tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, Şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılmışdır. İşçi qrupunun yaradılmasında əsas məqsədlər sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.
Ölkə başçısı İşçi qrupunun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoymuşdur.
İqtisadi sahənin əsas sütünu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstesalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin Sədri Bəşirov Elxan Hidayət oğlu seçilmişdir. Koordinasiya qrupu ölkənin 100-dən çox aparıcı şirkətləri özündə birləşdirir. Qrupun rəhbəri koordinasiya üzvləri ilə birgə maneə və çətinliklərlə bağlı təklifləri müzakirə edir, onları təhlil edərək optimallaşdırır və qanunvericiliyə uyğun formada layihələndirərək ölkə başçısının köməkçisinə təqdim edir.
Sahibkarlara yaradılan maneələr dövlət proqramlarının icrasını gecikdirir. Bu maneələr bir dəfəlik aradan qaldırılmalı və bunun üçün lazımi tədbirlər görülməlidir.
Ölkənin sosial yönümlü iqtisadiyyatı və ölkə başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin prioritetliyinin göstəricisidir.
Həyata keçirilən bütün bu tədbirlər və aparılan islahatlar sənaye sahələrinin sürətlə inkişafına daha da təkan verəcəkdir. Cənab Prezidentin sözü ilə desək, Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı isə güclü Azərbaycan deməkdir. Ulu Öndərimiz “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı bu gün Cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatlarla reallığa çevrilmişdir.
Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Məhz iqtisadi gücümüzə söykənərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda iqtisadi gücümüz ilə doğma torpaqlarımıza həyat yenidən qayıdır.
Cənab Prezident dəfələrlə “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir” deyə bildirib.
Hər bir sahibkar ölkəmizin sosial-iqtisadi inkişafında, istehsal potensialını artırmaq üçün öz öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməlidir. Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, bütün lazımi dəstək göstərilir. Şübhəsiz dövlət və özəl sektorun birgə fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı üçün qarşıya çıxan maneə və çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verəcəkdir.
Bu səbəbdən sahibkarlar dövlət tərəfindən yaradılan portal (https://economicreforms.gov.az/) vasitəsilə maneə və çətinlikləri qeyd etməklə öz təkliflərini verməlidirlər.
“Mətanət A” Şirkəti
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
6 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
7 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
