Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır.
Rəqəmsal İnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır.
Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas hissəsidir.
İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİM tərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib. Diplom məlumatları üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb. Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.
Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər “mygov” platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək.
Bununla yanaşı, “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində cari təhsilalan şagirdlərin valideyn məlumatlarının dürüstləşdirilməsi istiqamətində də işlər görülüb. ETN tərəfindən təqdim olunan 387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, bu məlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Bu proses valideyn məlumatları əsasında təhsil sistemində avtomatlaşdırılmış xidmətlərin qurulması və idarəetmənin optimallaşdırılması məqsədi daşıyır.
Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq və onlara daha operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm və Təhsil Nazirliyi üçün süni intellekt əsaslı çatbot hazırlanıb. Hazırda test mərhələsində olan bu sistem magistratura və doktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədər hazırlıq və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tez verilən sualları cavablandırmaq imkanına malikdir. Çatbot 24/7 rejimində fəaliyyət göstərəcək və rəsmi mənbələrə əsaslanan məlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək. Gələcək mərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi və digər sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
-
30 d. əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
1 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
2 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
2 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
























