"Azərişıq" gəlirinin böyük hissəsini xərcləyib
1 milyard 731 milyon manat gəlirdən cəmi 15,5 milyon manat xalis mənfəət qalıb. Ötən il mənfəət vergisi daxil şirkətin cəmi xərcləri 1 milyard 715 milyon 978 min manat təşkil edib."Azərişıq" ASC 2024-cü ili 15 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az "Azərişıq" ASC-nin 31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, Şirkətin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 825 min manat və ya 5,6% artıb.
"Azərişıq" şirkətininin satışdan gəlirləri 2023-cü ildə 1 milyard 619 milyon 371 min manat ikən, 2024-cü ildə 1 milyard 710 miylon 402 min manata yüksəlib (91 milyon 31 min manat və ya 5,6% artıb). Həmçinin ötən il 21 milyon 129 min manat sair gəlirlər də əldə edib.
Ötən il mənfəət vergisi daxil Şirkətin cəmi xərcləri 1 milyard 715 milyon 978 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixində "Azərişıq" ASC 3 milyard 620 milyon 686 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 3 milyard 237 milyon 913 min manat cəmi aktivlərə malik idi.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)






