Qlobal bazarlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq məlumatları gözləyir
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBu gün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər qazanıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.18100 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.17880 səviyyəsinə qədər geriləyib.
GBP/USD cütlüyü ötən gün ərzində 1.37520 həddindən 1.35620 həddinə kimi kəskin enib. Bu gün isə məzənnə 1.36650 səviyyəsinə qədər artlm sərgiləyib.
Beynəlxalq birjalarda qızılın qiyməti 24 iyun 2025–ci il tarixindən etibarən ilk dəfə 3366$-a qədər bahalaşıb. “Brent” markalı neftin bir barel üçün dəyəri isə 70.00$ həddinə qədər kəskin şəkildə yüksəlib. Hazırda “qara qızıl” 69.40$-a ticarət olunur.
Öncəki gün İran prezidenti Məsud Pezeşkiyan MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. Sənəd xüsusilə, “nüvə sahəsində milli təhlükəsizlik təmin olunana qədər” MAQATE müfəttişlərinin İrana girişinə qadağa qoyulmasını nəzərdə tutur.
İsrailin xarici işlər naziri Gideon Saar Tehranın qərarını şərh edərkən Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.
Çərşənbə günü neft üçün müsbət amillərdən biri də ABŞ ilə Vyetnam arasında ticarət sazişinin bağlanması xəbəri olub. Razılaşmaya əsasən, Vyetnam məhsullarının ABŞ-a idxal rüsumu 20% təşkil edəcək, Amerikanın Vyetnama ixrac etdiyi məhsullara isə tarif sıfır olacaq.
Dünən açıqlanan məlumatlara əsasən, ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı, “Automatic Data Processing” (ADP) şirkətinin hesabatına görə, iyun ayında 33 min azalıb. Analitiklər göstəricinin 99 min artacağını proqnozlaşdırmışdılar.
Həmçinin, Avrozonada İşsizlik Səviyyəsi aprel ayı ilə müqayisədə may ayında 6.2%-dən 6.3%-ə qədər yüksəlib. Blokun böyük ölkələri arasında ən aşağı işsizlik Almaniyada (3.7%), ən yüksək isə İspaniyada (10.8%) qeydə alınıb. Avropa İttifaqında isə işsizlik may ayında 5.9% səviyyəsində qalıb. 2024-cü ilin həmin ayında bu göstərici 6% təşkil etmişdi.
Analitiklər iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının 120 min artacağını proqnozlaşdırırlar. Qeyd etmək lazımdır ki, NFP bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq. Əlavə olaraq, Amerikada açıqlanacaq Orta Saatlıq Əmək Haqqı, İşsizlik Səviyyəsi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, İxrac, İdxal və Ticarət Saldosu göstəriciləri investorların diqqət mərkəzində olacaq xəbərlərdir.
Həmçinin, Türkiyədə və İsveçrədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
8 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 9 saat əvvəl
-
10 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
11 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











.jpg)

