Tesla səhmləri Mask və Tramp arasında yeni mübahisə fonunda 8% ucuzlaşıb
Tesla-nın səhmləri NASDAQ birjasında ticarətin açılışında 7,7% dəyər itirərək, Bakı vaxtı ilə saat 17:31-ə 293,21 dollara düşüb.
Marja.az xəbər verir ki, münaqişənin yenidən başlamasına səbəb İlon Maskın Donald Trampın vergi güzəştləri və borc tavanının artırılması ilə bağlı qanun layihəsini tənqid etməsi olub. "X" sosial şəbəkəsində iş adamı qanun layihəsinin büdcə kəsirinin artmasına səbəb olacağını bir daha vurğulayıb.
"Dövlət xərclərinin azaldılması kampaniyasında iştirak edən və indi tarixdə milli borcun ən böyük artımına səs verən hər bir Konqres üzvü çox utanmalıdır! Bu yolla gələn il praymerizləri uduzacaqlar, bu, dəqiqdir", - Tesla rəhbəri bildirib.
Buna cavab olaraq Tramp bildirib ki, Tesla-nın 2025-ci ilin birinci rübündə şirkətin itkidən qaçmasına kömək edən subsidiyaları ləğv edilə bilər.
"İlon, yəqin ki, tarixdəki hər hansı bir insandan daha çox subsidiya alır və təbii ki, subsidiyalar olmasa, İlon "dükanını" bağlayıb Cənubi Afrikadakı evinə qayıtmalı olacaqdı" - deyə Tramp yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)


