PAŞA Bankda təyinat – Hüquqi məsələlər departamentinə direktor təyin edildi
PAŞA Bank ASC-də yeni Hüquqi məsələlər departamenti yaradılıb.
Marja.az xəbər verir ki, departamentin direktoru vəzifəsinə İlham Hüseynov təyin olunub.
İlham Hüseynov 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hüquq təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tamamlamış (2006-2010), daha sonra beynəlxalq hüquq üzrə magistratura və doktorantura təhsili alaraq qlobal hüquqi sistemlər, maliyyə və bank sahəsində beynəlxalq tənzimləmə üzrə ixtisaslaşmışdır.
Hüquq karyerasına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquqi təminat xidmətində zabit kimi başlamış, 2010–2012-ci illərdə hərbi hüquqşünas kimi xidmət etmişdir. Hazırda ehtiyatda olan zabitdir. 2012-ci ildən maliyyə sektorunda çalışır. Karyerasına xarici investisiyalı AccessBank QSC-də hüquqşünas kimi başlayıb. 2014-cü ildən PAŞA Bank komandasına qoşulub. Bu illər ərzində hüquq komandasında müxtəlif vəzifələrdə – aparıcı hüquqşünas, baş hüquqşünas, hüquq üzrə ekspert və şöbə rəhbəri kimi fəaliyyət göstərib. Departament direktoru kimi o korporativ hüquqi təminat, məhkəmə işləri və qərarların məcburi icrasına məsul olacaqdır.
İlham Hüseynov bir sıra yerli və beynəlxalq təlimlərdə və konfranslarda iştiram edərək maliyyə və bank hüququ, qiymətli kağızlar bazarının tənzimlənməsi, beynəlxalq arbitraj, müqavilə münasibətləri və məhkəmə təcrübəsi üzrə ixtisaslaşmışdır.
Beynəlxalq miqyasda qəbul olunan və layihə liderliyi sahəsində qlobal standart sayılan Project Management Professional (PMP®) sertifikatına malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Həmçinin Kollegiyanı dünyanın aparıcı hüquq platformalarından biri olan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasında (UIA) rəsmi olaraq təmsil edir. Eyni zamanda ADA Universitetində “Maliyyə bazarları hüququ” fənnini tədris edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















