“PAŞA Bank” “FİNTEX SAMMİT 2025”in sponsorudur
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıda keçirilən, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin sponsorudur.
“Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunan sammit regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edir.
24-25 iyun 2025-ci il tarixlərində Bakıda Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan sammit çərçivəsində 7 panel üzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında da geniş fikir mübadiləi aparılacaq.
Tədbir çərçivəsində “PAŞA Bank”ın Data departamentinin direktoru İlker Kurtuluş “Süni intellekt və böyük məlumatdan istifadə: Banklar 2025-ci ildə ölçüləbilən innovasiyanı necə sürətləndirə bilərlər” adlı paneldə moderator olaraq iştirak edəcək. Paneldə yerli və beynəlxalq ekspertlər süni intellektin konsepsiyadan real nəticələrə çevrilməsi, süni intellektlə səmərəlilik və innovasiyada yeni mərhələnin başlanğıcı, fintexdə ölçüləbilən süni intellekt innovasiyalarının sürətləndirilməsi, müştəri xidmətində süni intellektin tətbiqi və maliyyə sektorunda məlumatlara əsaslanan süni intellekt transformasiyasının gələcəyi mövzularını müzakirə edəcəklər.
Qeyd edək ki, tədbirdə 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edəcək. Ümumilikdə, 1500-dən çox nümayəndənin, o cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşəcək.
“Fintex Sammit” Bakıda hər il keçirilən iki əsas beynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə Beynəlxalq Bankçılıq Forumudur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
6 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 16 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























