Azərbaycanın ilk yerli motosiklet brendi “Tufan” artıq Xankəndində istehsal olunur – FOTO
Şirkətinin baş direktoru İlkin Ağamirov : “Xankəndidə fəaliyyət göstərmək bizim üçün böyük qürurdur".
Azərbaycanın ilk yerli motosiklet brendi olan “Tufan” 2025-ci ilin əvvəlindən Xankəndidə fəaliyyətə başlayan yeni istehsal sahəsinin açılışını elan edib.
“Tufan Motors” şirkətinin baş direktoru və həmtəsisçisi İlkin Ağamirov bildirib ki, azad edilmiş Xankəndi şəhərində yerli motosiklet istehsalı müəssisəsinin fəaliyyətə başlaması şirkət üçün həm şərəfli, həm də qürurverici hadisədir.
Onun sözlərinə görə, son beş ay ərzində “Tufan Motors”un Xankəndidəki müəssisəsində artıq 650 ədəd motosiklet istehsal edilib.
“Hazırda burada 20-dən artıq yerli mütəxəssis çalışır. Şirkətin “İstiqlal”, “Yalquzaq”, “Pəhləvan”, “S250”,”S150” ,“M50” ,”M50N”və “Cub50” kimi tanınmış modelləri mövcuddur. Xankəndidə bu modellərdən üçü istehsal olunur. Lakin ilin sonunadək ikinci istehsalat xəttinin işə salınması ilə bütün modellərin burada yığılması planlaşdırılır və bu da işçi sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”,- Şirkətin direktoru deyib.
İlkin Ağamirov qeyd edib ki, bu istehsalat mərkəzi yalnız texniki baxımdan deyil, həm də strateji və simvolik əhəmiyyət daşıyır:
“Yerli istehsalçı olaraq Xankəndidə fəaliyyət göstərmək bizim üçün böyük qürurdur. Eyni zamanda bu bizə böyük məsuliyyət yükləyir. Bu təşəbbüs həm milli sənayemizin inkişafını, həm də azad olunmuş torpaqlarda real iqtisadi canlanmanı əks etdirir. Biz bunu, başda Ali Baş Komandanımız olmaqla, şanlı ordumuza borcluyuq və azad edilmiş ərazilərin dirçəlişinə töhfə vermək üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, bu il “Tufan” brendinin fəaliyyətə başlamasının 5 ili tamam olur. Şirkət yaxın gələcəkdə həm məhsul çeşidini genişləndirməyi, həm də istehsalatda çalışan işçi sayını artırmağı planlaşdırır.
Hazırda daxili bazar üçün motosiklet istehsal edən “Tufan Motors”, yaxın zamanda ixraca da başlamağı qarşısına məqsəd qoyub.
Ünvan: Motoplaza, Bakı, Babək prospekti 25 Telefonlar: 50 250 81 80 / 55 251 22 00 / 55 251 21 12
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
4 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
4 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
