Dövlət qulluqçularının orta aylıq maaşı 1971 manata çatıb
Dövlət qulluqçularının 30 faizə yaxını 15 il və daha çox qulluq stajına malikdir.Dövlət Statistika Komitəsi "Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə" başlıqlı məlumat yayıb.
Qeyd edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.
2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olmuşdur ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,7 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,5 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 12,5 faizini 25-29 yaşda, 18,2 faizini 30-34 yaşda, 16,1 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 9,9 faizini 45-49 yaşda, 7,6 faizini 50-54 yaşda, 8,4 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 2,0 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)


