GAC S7 modeli Azərbaycanda təqdim olundu - FOTOLAR
Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə GAC S7 öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir
11 iyun tarixində Bakıda, GAC Showroom-da keçirilən xüsusi tədbirdə GAC Motor-un yeni modeli – GAC S7 ilk dəfə ictimaiyyətə təqdim olunub.
Tədbirin təşkilatçısı GAC brendinin Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkəti idi.
Gecədə media nümayəndələri, avtomobil həvəskarları və dəvətli qonaqlar iştirak ediblər.
Təqdimat zamanı GAC Motor-un qlobal avtomobil sənayesindəki mövqeyi və innovativ yanaşmaları haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, GAC – texnologiya, keyfiyyət və dizayn sahəsində sürətlə yüksələn Çin brendidir. Şirkət Emzoom, Emkoo, GS8, ES9, M8 modelləri ilə yanaşı, Aion ES və Aion S Max kimi elektrikli seriyası ilə də bazarda mühüm yer tutur.
Tədbirdə “Auto Azərbaycan” şirkətinin baş direktoru Emil İsmayılov çıxış edərək, GAC brendinin Azərbaycandakı inkişaf perspektivlərindən söz açıb. Ardınca GAC S7 modelinin ilk rəsmi nümayişi baş tutub.
"Auto Azərbaycan" şirkətinin texniki meneceri Şamxal Yusifov yeni model haqqında məlumat verərkən deyib:
“GAC S7, təkcə texniki göstəriciləri ilə deyil, həm də estetik dizaynı və sürücü yönümlü funksiyaları ilə böyük maraq doğurdu. Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə GAC S7 öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir. Təhlükəsizlik və idarəetmə sistemləri baxımından da model güclü təchizata malikdir – 540° kamera görünüşü, 11 ədəd kamera, səsli idarəetmə funksiyası və 22 səsgücləndirici ilə GAC S7, sürücü və sərnişinlərə tam fərqli bir təcrübə vəd edir.”
Tədbir interaktiv şəkildə davam etdi. Qonaqlara test sürüşü zamanı GAC S7-ni şəxsən sınaqdan keçirmək imkanı yaradılıb.
GAC S7 təqdimatı texnologiya və dizayna maraq göstərən hər kəs üçün yadda qalan və dinamik bir avtomobil gecəsi olub.
Ətraflı məlumat üçün:
Telefon: +994 (050) 400 09 89
® Reklam
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
25 d. əvvəl
Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı - 6 AYDA KARTLARDAN 1,4 MİLYON MANAT OĞURLANIB
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
55 d. əvvəl
Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir
-
1 saat əvvəl
Şahdağda yeni layihə: 20 hektarda kotteclər və yaşayış kompleksləri inşa olunacaq
-
1 saat əvvəl
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
-
2 saat əvvəl
Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
-
2 saat əvvəl
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb
-
2 saat əvvəl
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı - 6 AYDA KARTLARDAN 1,4 MİLYON MANAT OĞURLANIB

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir

Oktyabrın 23-də gözlənilən hava şəraiti

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
Ən çox oxunanlar

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir

Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb

Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb

"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"

Mərkəzi Bankda mətbuat konfransı keçirilib

Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi
