Dövlət komitəsinə tabe olan qurum zərərini 2,4 dəfə azaldıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü ili 1 milyon 638 min manat xalis zərərlə başa vurub.
Mərkəzin maliyyə hesabatına görə bu, 2023-cü illə müqayisədə 2,4 dəfə azdır.
Ötən il Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 18 milyon 40 min manat (illik müqayisədə 43,7 % çox), sair əməliyyat gəlirləri 31 milyon 358 min manat (25,2 % çox), ümumi inzibati və sair əməliyyat xərcləri 13 milyon 567 min manat (16,8 % çox), sair əməliyyat xərcləri 36 milyon 187 min manat (23 % çox), maliyyə xərcləri 2 min manat (4,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 milyon 282 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin aktivləri 85 milyon10 min manat olub ki, bu da, illik müqayisədə 11 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 11,7 % azalaraq 66 milyon 771 min manata, balans kapitalı isə 8,2 % azalaraq 18 milyon 239 min manata düşüb.
Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma MərkəziPrezident İlham Əliyevin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Eyni fərmanla Mərkəzin Nizamnaməsi və göstərdiyi ödənişli xidmətlərin siyahısı təsdiqlənib. Qurumun fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)






