Wolt-dan İkili sifariş yeniliyi - İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!
(®) Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməyi və şirniyyat, ərzaq və gül dəstələri, hədiyyələr və qəlyanaltılar və daha çoxunu yerli restoranlardan və mağazalardan bir çatdırılma haqqı ilə sifariş edə bilərsiniz.
Bu necə işləyir?
- Wolt tətbiqini açın, səbətinizə məhsul əlavə edin və sifarişinizi yerləşdirin.
- Biz sizə daha çox məhsul əldə etməyiniz üçün yaxınlığınızda olan restoranları və mağazaları təklif edəcəyik.
- İkili Sifarişi başlatmaq üçün ekranın aşağısında əks olunan “Daha az ödəyib, daha çox əldə edin” bölməsinə toxunun.
- Birinci sifarişi etdikdən sonra yeni məhsul əlavə etmək üçün 15 dəqiqəniz olacaq.
- İkinci sifarişi yerləşdirin, ödənişi tamamlayın və ikinci sifarişinizi yekunlaşdırın. Minimal sifariş məbləği və ikinci sifariş üçün çatdırılma haqqı yoxdur.
- Öz sifarişinizi izləyin
İkili Sifariş ilə bağlı tez-tez verilən suallar:
İkili Sifariş nədir?
İkili Sifariş, sizə iki fərqli restoran və ya mağazadan, ikinci sifariş üçün əlavə çatdırılma haqqı ödəmədən bir anda sifariş etmək imkanı yaradır.
Wolt tətbiqində İkili Sifarişi necə etmək olar?
Wolt tətbiqini açın və həmişəki qaydada sifarişinizi yerləşdirin. Biz, sifarişinizə əlavələr edə biləcəyiniz, sizə yaxın olan restoranları və mağazaları təklif edəcəyik. “Daha az ödəyib, daha çox əldə edin” bölməsinə toxunun və səbətinizə yeni məhsullar əlavə edin. Əsas sifarişi verdikdən sonra, sifarişə əlavələr etmək üçün 15 dəqiqəniz var. İkinci sifarişin ödənişini edin və çatdırılmasını gözləyin. Sifarişinizin çatdırılmasını tətbiqdən hər addımda izləyə bilərsiniz.
Neçə məkandan sifariş edə bilərəm?
İkili Sifariş, sizə iki fərqli restoran və ya mağazadan bir anda sifariş etmək imkanı yaradır.
İkili Sifariş üçün hansı məkanlar uyğundur?
Wolt tətbiqində sifariş etdikdən sonra, səbətə əlavələr edə biləcəyiniz yerli məkanları görə biləcəksiniz. İkili Sifariş yeniliyini istifadə edərək restoran yeməkləri, ərzaq, əczaçılıq məhsulları, güllər, ev heyvanları üçün lazım olan hər şey, elektronika, hədiyyələr və Wolt-da mövcud olan digər məhsulları sifariş edə bilərsiniz. İkili Sifariş yeniliyini bir çox restoran və mağazalarda istifadə etmək mümkündür, lakin seçimlər məsafə məhdudiyyətləri və məkanınıza görə fərqli ola bilər.
Əlavə ödənişlər mövcuddur?
Siz İkili Sifariş etdikdə, sadəcə bir sifariş üçün çatdırılma haqqı ödəyirsiniz. İkinci sifariş üçün əlavə çatdırılma haqqı yoxdur. Hər iki məkan üçün kiçik bir xidmət haqqı tətbiq edilir. Xidmət haqqını, sifarişi tamamladıqdan sonra ödəniş zamanı görə biləcəksiniz.
Hər hansı məhdudiyyətlər mövcuddur?
İkili Sifariş yeniliyi hal-hazırda yalnız Wolt tətbiqində mövcuddur. Bu yeniliyi tezliklə veb-səhifəmizə də gətirmək üzərində çalışırıq. İki məkanı, yalnız bir çatdırılma haqqı ödəyərək, bir sifarişdə birləşdirin. Ərzaqlar, dadlı yeməklər və gül dəstələri daha sərfəli qiymətə qapınıza çatdırılsın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 26 d. əvvəl
-
- 37 d. əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord













.jpg)











