"Burma" şirkətinin xalis mənfəəti 5 dəfəyə yaxın artıb
Çörək və qənnadı məmulatların istehsalı ilə məşğul olan "Burma" QSC 2024-cü ili 864 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 177 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Burma" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-ü illə müqayisədə 4,9 dəfə artıb.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində bitmiş il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Burma" QSC-nin əsas əməliyyat gəlirləri 2023-cü ildə 8 milyon 786 min manat ikən, 2024-cü ildə 14 milyon 962 min manata yüksəlib (6 milyon 176 min manat və ya 70,3% artıb). Beləliklə, "Burma" QSC-nin xalis mənfəətinin artması gəlirlərinin artmasından qaynaqlanır.
Xatırladaq ki, 2023-cü ildə "Burma" QSC-nin gəliri 43 dəfə artmış, Şirkət zərərdən mənfəətə keçmişdi. QSC 2022-ci ili 114 min manat xalis zərər ilə bağlamışdı. "Burma" şirkətinin ümumi gəlirləri 2022-ci ildə 212 min manat ikən, 2023-cü ildə 9 milyon 69 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
21 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
53 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




.jpg)




