150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
“AİRO 2025”də 282 iştirakçı 7 müxtəlif kateqoriya üzrə 150 robot layihəsi təqdim edib. Yarışmada Məhəmməd Paşazadə "Line Follower" kateqoriyasında 1-ci yerə layiq görülüb.Gənclər və İdman Nazirliyi, ADA Universiteti, "AzeRobot Education", ASCO, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA və SİMA kimi tərəfdaşların dəstəyi ilə ADA Universitetində “Azerbaijan International Robotics Olympiad – AİRO 2025” keçirilib.
Suraxanı gəmi-muzeyində keçirilən açılış mərasimində Tokioda keçirilən "All Japan Robo Sumo Tournament" və Rumıniyada təşkil olunan "Robochallenge" yarışmasının və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
“Azerbaijan International Robotics Olympiad – AİRO 2025” süni intellekt, robototexnika yarışması və texnologiya sahəsində marağı olan yüzlərlə iştirakçını bir araya gətirərək Azərbaycanın bu sahədəki inkişaf potensialını nümayiş etdirib. Yarış çərçivəsində 282 iştirakçı komanda şəklində 7 müxtəlif kateqoriya üzrə 150 robot layihəsi təqdim edərək bilik və bacarıqlarını sınayıb.
Mayın 11-də ADA Universitetində keçirilən mükafatlandırma mərasimində hər bir kateqoriya üzrə fərqlənən iştirakçılara medal, diplom və mükafatlar təqdim edilib. "Mega Sumo" və "Mini Sumo" kateqoriyalarında qalib gələn komandalar Yaponiyada keçiriləcək “All Japan Robo Sumo Tournament” yarışmasında ölkəmizi təmsil etmək hüququ qazanıblar.
Yarışmada Məhəmməd Paşazadə isə "Line Follower" kateqoriyasında 1-ci yerə layiq görülüb.
Gənclərimizi təbrik edir və uğurlar arzulayırıq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















