“Gardashlar Mebel”dən Şuşada səhiyyəyə töhfə - Müalicə-Sağlamlıq Mərkəzi yerli istehsal mebellər ilə təmin edilib
(®) Şuşada fəaliyyətə başlayan yeni Müalicə-Sağlamlıq Mərkəzinin mebel və tibbi avadanlıqla təchizatı tam şəkildə “Gardashlar Mebel” QSC tərəfindən təmin edilib.
Layihə çərçivəsində təqdim olunan mebellər funksionallıq, dizayn və təhlükəsizlik baxımından beynəlxalq standartlara uyğun şəkildə hazırlanaraq, həm tibb personalı, həm də pasiyentlər üçün optimal iş və müalicə mühitinin yaradılmasına xidmət edir. Təchizat prosesində yerli istehsal imkanlarının tam səfərbər olunması, “Gardashlar Mebel”in bu sahədə milli potensiala əsaslanaraq yüksək keyfiyyətli və innovativ məhsullar təqdim etmə bacarığını bir daha nümayiş etdirir.

Tibbi və texniki mebel sahəsində ixtisaslaşmış “Gardashlar Mebel” komandası bu layihədə doğum otaqları, reanimasiya bölmələri, müayinə otaqları, laboratoriyalar və ümumi istifadə sahələri də daxil olmaqla bütün məkanları ən müasir tələblərə uyğun mebellərlə təchiz edib. İstifadə olunan avadanlıqların hər biri erqonomik quruluşu, antibakterial səth örtüyü və funksional mexanizmləri ilə fərqlənir. Bu isə pasiyentlər üçün daha komfortlu şərait, tibb heyəti üçün isə daha təhlükəsiz və effektiv iş mühiti deməkdir.
“Gardashlar Mebel”in rəhbəri Əli Mirzəyev layihə ilə bağlı bildirib:
"Şuşa kimi strateji və tarixi əhəmiyyətə malik bir şəhərdə bu səviyyədə layihədə iştirak etmək şirkət üçün yalnız kommersiya deyil, həm də mənəvi məsuliyyət məsələsidir. İstehsal və montaj prosesləri zamanı keyfiyyətə və dəqiqliyə maksimum diqqət yetirilib, hər detal xüsusi olaraq tibb müəssisələrinin ehtiyaclarına uyğunlaşdırılıb. Şirkət, beynəlxalq səhiyyə standartlarına cavab verən bu cür məhsulları Azərbaycanda yerli istehsalla ərsəyə gətirməklə, ölkənin tibbi infrastrukturunun gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Bu layihə “Gardashlar Mebel”in yalnız mebel istehsalçısı deyil, həm də strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini nümayiş etdirir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
50 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)














