"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
İnnovasiya və sürət lideri “Bakcell” mobil tətbiqində süni intellekt texnologiyasından istifadə edərək, müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, süni intellekt ilə yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini nəzərə alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.
Müştəri davranışlarının təhlili ilə yaradılan kampaniya və tarif planları bildiriş şəklində istifadəçilərin nəzərinə çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət edərək, yaradılmış xüsusi təkliflərdən faydalana bilirlər.
"Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini öndə tutan “Bakcell” daim istifadəçilərinin dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ həllər təqdim edir. Beləliklə, “Bakcell” müasir texnologiyalara əsaslanan məhsul və xidmətləri ilə innovasiyanı gündəlik istifadəçi təcrübəsinin ayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişaf strategiyasını uğurla davam etdirir, -məlumatda bildirilir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



