“PAŞA Real Estate Qrup”da yeni təyinatlar - ŞİRKƏTƏ DİREKTORLAR TƏYİN EDİLİB
“PAŞA Real Estate Qrup” 1 May 2025-ci ildən Elçin Qədimovun Qrupun Baş Kommersiya Direktoru (Group CCO) və Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktoru (CEO of International Projects) vəzifələrinə təyin olunduğunu elan edib.
Eyni zamanda, Tural Əliyev “PAŞA Property Management”in Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilib.
E.Qədimov yeni vəzifəsinə daşınmaz əmlak və maliyyə xidmətləri sahələrini əhatə edən geniş rəhbərlik təcrübəsini gətirir. “PAŞA Property Management”in Baş İcraçı Direktoru vəzifəsindəki əvvəlki fəaliyyəti strateji təşəbbüslərə rəhbərlik, eləcə də təşkilati böyümənin idarə olunmasına, uğurlu nəticələrə gətirib. O, “PAŞA Real Estate Qrup”a qoşulmazdan əvvəl bank sektorunda 20 ildən artıq yüksək rəhbər vəzifələrdə çalışaraq uğurlu bir karyera qurub. E.Qədimov Cənubi Alabama Universitetindən MBA elmi dərəcəsinə malikdir.
Qrupun Baş Kommersiya İnzibatçısı rolunda E.Qədimov "PAŞA Real Estate Qrup"un yerli və beynəlxalq daşınmaz əmlak satışı əməliyyatlarına nəzarət edəcək və kommersiya funksiyalarını mərkəzləşdirəcək, həmçinin yerli və beynəlxalq bazarlarda hökumətlə əlaqələrə rəhbərlik edəcək, strateji tərəfdaşlıqlar qurulmasına və tənzimləyici uyğunluğun təmin olunmasına töhfə verəcək, Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktor vəzifəsində 2025-ci ilin mühüm investisiya layihəsi olan Özbəkistan və digər investisiya təşəbbüsləri daxil olmaqla beynəlxalq strateji inkişaf sahəsinə nəzarət edəcək.
Rəhbərlik sahəsində 17 ildən artıq təcrübəyə malik T.Əliyev “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib. O, daha öncə "PAŞA Sığorta" ASC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb, burada əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, eləcə də innovativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayıb. T.Əliyev "London Business School"un MBA dərəcəsinə və "Carnegie Mellon" Universitetinin İnformasiya Sistemlərinin İdarə Edilməsi üzrə CIO Sertifikatına malikdir.
Yeni vəzifəsində T.Əliyev beşulduzlu xidmət mədəniyyətinin formalaşdırılmasını, aktivlərin planlı şəkildə idarə olunmasını, əməliyyat intizamına və maraqlı tərəflərin gözləntiləri ilə uyğunluğa diqqət yetirərək uzunmüddətli dəyər yaradılmasını təmin edəcək.
Qeyd edək ki, "PAŞA Real Estate Qrup" daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan "PAŞA Real Estate Qrup" sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.

Elçin Qədimov

Tural Əliyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
















.jpg)







.jpg)



