"Fəaliyyətə başlayan bu 2 müəssisənin investisiya kapitalı 44 milyon manatdan çoxdur"
Sumqayıt Kimya Sənaye Parkına mediatur təşkil edilibMedia nümayəndələrinin mayın 1-də Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
Səfər çərçivəsində media mənsublarına Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti, açılışı olan yeni müəssisələr barədə məlumat verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev bildirib ki, fəaliyyətə başlayan bu 2 müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, I mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb.
İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə çatıb.
Bundan başqa cari ildə Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.
Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İsahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6.200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2.700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib.
Media nümayəndələri “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Bildirilib ki, Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodda hazırda 102 nəfər işlə təmin edilib.
“Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunda olan kiv nümayəndələrinin diqqətinə çatdırılıb ki, müəssisədə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək.
Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Layihənin hər iki mərhələ üzrə ümumi investisiya dəyəri 19,2 milyon manatdan çoxdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















