“PAŞA Bank”dan bizneslərə dəstək: Faktorinq xidmətində 50% endirim

(®) Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə “PAŞA Bank” yeni təşəbbüslərini davam etdirir.
Bank müştərilərinə daha sərfəli maliyyə imkanları təqdim etmək məqsədilə Faktorinq krediti üzrə yeni kampaniyaya start verib. 12 may 2025-ci il tarixinədək davam edən kampaniya çərçivəsində, biznes sahibləri ödənilməyən qaimələri 50% endirimli komissiya ilə maliyyələşdirə biləcəklər. Bu müddət ərzində komissiya 0.5% deyil, cəmi 0.25% təşkil edəcək.
Qeyd edək ki, “PAŞA Bank” 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız “PAŞA Bank”ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər. Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.
Bank son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər “PAŞA Bank”ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 3 d. əvvəl
-
-
12 d. əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 27 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” biznes müştərilərinə “Tarifim” məhsulu ilə yeni imkanlar təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımov bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bank Olmayan Kredit Təşkilatına 2 milyon manat maya qoyuldu
