Türkiyə Mərkəzi Bankından sürpriz qərar - FAİZ ARTIRDI
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı aprel ayı üzrə faiz qərarını açıqlayıb. Bank uçot dərəcəsi (əsas faizi) olan bir həftəlik repo hərrac faiz dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar verib. Həmçinin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar faiz dərəcələrinin sabit qalacağı idi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 3,50 bənd artıraraq 46 faizə yüksəldib.
İqtisadçılar bu ay keçiriləcək iclasda əsas faizdə hər hansı dəyişiklik gözləmirdilər.
TCMB mart ayında keçirdiyi iclasında faizini 2,50 faiz bəndi azaldaraq 45 faizdən 42,5 faizə endirmişdi.
Həmçinin TCMB-nin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə dərəcəsini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar bu faiz dərəcələrinin də sabit qalacağı idi.
Bankın növbəti iclası iyunun 19-da keçiriləcək.
Mərkəzi Bank press-relizində qeyd edib ki, daxili tələb və inflyasiyanın azalması sürəti yavaşlayıb. Həmçinin, qlobal ticarətdə artan proteksionizm meyllərinin qlobal iqtisadi aktivlik, əmtəə qiymətləri və kapital axını ilə deinflyasiya prosesinə mümkün təsirləri də diqqətlə izlənir.
Mərkəzi Bank inflyasiyanın əhəmiyyətli və qalıcı bir şəkildə pisləşməsinin proqnozlaşdırıldığı təqdirdə pul siyasəti mövqeyinin daha sərtləşdiriləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















