AccessBank-dan ilk: “Qızıl Şans” lotereya kampaniyasına start verildi!
SccessBank müştərilərinə əlavə dəyər yaratmaq və lombard kreditlərinin satışını təşviq etmək məqsədilə ilk dəfə olaraq “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasına start verdiyini elan edir.
Lotereya kampaniyası 17 aprel 2025-ci il tarixindən başlayır və iki tiraj üzrə həyata keçiriləcək.
“Qızıl Şans” lotereyasında yalnız aşağıdakı tarixlərdə AccessBank-dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:
I tiraj: 17.04.2025 – 15.08.2025
II tiraj: 16.08.2025 – 19.12.2025
Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.
Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:
I yer – 50 qr 999.99 əyyarlı qızıl külçə (1 nəfər)
II yer – 30 qr qızıl külçə (2 nəfər)
III yer – 20 qr qızıl külçə (3 nəfər)
IV yer – 10 qr qızıl külçə (6 nəfər)
Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və AccessBank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
İştirak şərtləri:
Lotereyada yalnız 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Lotereya bileti kimi lombard kredit müqaviləsinin nömrəsi əsasında bank tərəfindən təqdim edilən rəsmi blank çıxış edir.
İştirak yalnız lombard kreditlərinə şamil olunur; istehlak, mikro və digər kreditlər nəzərə alınmır.
Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
İlk tirajda qalib olan müştərilər ikinci tirajda iştirak hüququna malik deyillər.
Qalibin kredit öhdəlikləri tam bağlanmayıbsa, uduş təqdim edilmir.
Uduşların pul ekvivalenti təqdim olunmur.
Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat Qızıl Şanssaytında, eləcə də AccessBank-ın Instagram, Facebook və LinkedIn səhifələrində paylaşılacaq.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)





