Mərkəzi Bank pessimist ssenarisini açıqladı - "Bu ssenari manatın zəifləməsinə səbəb olur"
Hesabatda deyilir: Pessimist ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur.Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə Sabitliyi Hesabatını dərc edib.
Marja.az xəbər verir ki, hesabatda Mərkəzi Bankın baza və pessimist ssenarilər üzrə fərziyələri də yer alıb. Hazırda neft ucuzlaşdığı üçün, Mərkəzi Bankın pessimist ssenarisi diqqətdə saxlanıla bilər.
Baza ssenari:
Baza ssenari sabit qlobal mühit, dayanıqlı iqtisadi artım və nəzarət olunan inflyasiya amillərinə əsaslanır. Bu çərçivədə, Brent markalı neftin qiymətinin yaxın illərdə stabil qalması fonunda ümumi daxili məhsulun artım tempinin növbəti illərdə müsbət dinamika nümayiş etdirəcəyi gözlənilir.
Baza ssenaridə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi daha sürətli inkişaf etməsi gözlənilir. Eyni zamanda, illik inflyasiyanın tədricən azalaraq idarə olunan səviyyəyə çatacağı və milli valyutanın nominal və real effektiv məzənnəsində artım müşahidə ediləcəyi gözlənilir ki bu da manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsini təmin edəcəkdir.
Qiymət sabitliyi fonunda pul siyasətində yumşalma meyilləri nəzərə çarpacağı və uçot dərəcəsinin azaldılması gözləntilərinin artacağı proqnoz edilir. Fiskal siyasət isə sabitliyini qoruyaraq dövlət büdcəsinin xərclərini stabil saxlayacaq. Bu yanaşma iqtisadiyyatın davamlı inkişafını təmin etməklə yanaşı, makroiqtisadi tarazlığın qorunmasına da töhfə verəcək.
Pessimist ssenari:
Bu ssenari uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur. Pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanmışdır və rəsmi proqnoz hesab edilmir.
Ən sərt ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma müşahidə olunur. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur. Fiskal siyasətdə isə konsolidasiya həyata keçirilir və büdcə xərcləri, əsasən də əsaslı xərclər azalır. Ümumilikdə, bu ssenari iqtisadi aktivliyin azalması, qiymət artımı və valyuta bazarında təzyiqlərin güclənməsi ilə xarakterizə olunur ki, bu da iqtisadi stabilliyin qorunmasını çətinləşdirir.
Stres-test nəticələrinə əsasən bank sektorunun mövcud kapital buferi potensial itkiləri absorbsiya etmək potensialındadır. Baza ssenari üzrə kapital adekvatlılığı əmsalı 2025-ci ildə 20.3% təşkil edir və növbəti ildə stabil artım kapital adekvatlılığı göstəricisinin 2026-ci ildə 22.9%-ə çatmasını şərtləndirir8 . Pessimist ssenaridə isə bank sektorunun kapital adekvatlılığı əmsalı 2025-ci və 2026-cı illərdə müvafiq olaraq 1.7 f.b və 0.9 f.b. azalaraq 15.6% və 14.7% təşkil edir. Bütövlükdə, stres-test nəticəsində bank sektoru müəyyən həddə kapital eroziyasına məruz qalsa da, sektorun kapital adekvatlığı minimum normativləri üstələyir.
Stress test nəticələrinə əsasən bankların kapital adekvatlılığına əsas təsir kanalları kredit riski və risk üzrə ölçülmüş aktivlərin artması təşkil etmişdir. Belə ki, 2025-ci ildə kredit riski kanalı 2.7 f.b, risk üzrə ölçülmüş aktivlər isə 1.5 f.b kapital adekvatlığına azaldıcı təsir göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 saat sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
8 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
9 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
9 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
9 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
9 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)













.jpg)


