"Expressbank"ın İdarə Heyəti sədri ABA-nı təbrik edib
“Expressbank" ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov Azərbaycan Banklar Assosiasiyasını (ABA) 35 illik yubileyi ilə əlaqədar təbrik edib.
Təbrikdə deyilir:
"Azərbaycan Banklar Assosiasiyası artıq 35 ildir ki, ölkəmizdə bank sektorunun sağlam, dayanıqlı və müasir formada təkmilləşməsinə ardıcıl və məqsədyönlü dəstək göstərir. Bu əlamətdar tarix, təkcə bir təşkilatın deyil, bütövlükdə Azərbaycanın bank sektorunun uzun inkişaf yolunun müvəffəqiyyət simvoludur.
ABA illər boyunca banklararası həmrəyliyin gücləndirilməsi, sektorda şəffaf və davamlı inkişafa nail olunması, o cümlədən milli maliyyə sisteminin möhkəmləndirilməsi, dayanıqlı və müasir bank sektorunun formalaşdırılması istiqamətində mühüm təşəbbüslərə imza atmışdır. Müxtəlif dövrlərin iqtisadi çağırışlarına çevik cavab verən ABA üzv banklar üçün dayaq nöqtəsi və inkişaf platforması olmaqla qalmayıb, həmçinin beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşa çevrilmişdir.
Assosiasiyanın maarifləndirici fəaliyyətləri, təlim proqramları və bilik paylaşımı təşəbbüsləri bank əməkdaşlarının bacarıqlarının artırılmasında, eləcə də, maliyyə savadlılığının cəmiyyət üzrə yayılmasında əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, üzv banklar arasında bilik mübadiləsinin təşkili və ortaq maraqlar ətrafında aparılan işgüzar müzakirələrin uğurlu nəticələri ABA-nın səmərəli fəaliyyətinin təzahürüdür.
ABA-nın aparıcı dəyərlərindən biri olan əməkdaşlıq ruhu bu gün də sektorda ortaq fəaliyyətin yaratdığı gücü möhkəmləndirir, strateji məsələlərin birgə həllini təmin edir. Bu çərçivədə fəaliyyət göstərən ekspert qruplarının və işçi birliklərinin səmərəli fəaliyyəti, sektorun ehtiyaclarına uyğun çevik yanaşmanı təmin edir.
Expressbank kollektivi və şəxsən öz adımdan başda Zakir Nuriyev və Yunus Abdulov olmaqla, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, ABA bundan sonra da innovativ təşəbbüsləri və qabaqcıl baxış bucağı ilə bank sektorunun inkişafına təkan verməyə davam edəcək.
Yeni nailiyyətlər və uğurlu gələcək arzusu ilə,
“Expressbank" ASC-nin İdarə Heyətinin sədri, Mehman Məmmədov".
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























