Bank BTB-nin Müşahidə Şurasının sədri ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib
Bank BTB-nin Müşahidə Şurasının sədri Rza Sadiq Azərbaycan Banklar Assosiasiyasını (ABA) 35 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik mətnində bildirilir:
"Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyi münasibətilə Assosiasiyanın rəhbərliyini və kollektivini, ölkəmizin bütün bank ictimaiyyətini ürəkdən təbrik edirəm!
Bu gün ölkəmizin maliyyə sektorunda olduqca önəmli mövqe tutan ABA-nın banklar arasında əməkdaşlığın qurulmasında, üzvlərinin maraqlarının müdafiəsində, bankların dövlət qurumları ilə əlaqələrinin təminatında və digər sahələrdə gördüyü işlər bütün sektor tərəfindən yüksək qiymətləndirilir.
Müasir dövrün çağırışlarına uyğun yeni davranış qaydalarının formalaşması, vacib məsələlər üzrə zəruri həllərin müzakirə edilib tapılması məhz ABA-nın Ekspert Qruplarının fəaliyyəti ilə bağlıdır. Bank sahəsində işləyən peşəkarların hazırlığının daha da artırılmasında, cəmiyyətdə maliyyə savadlılığının artırılması, beynəlxalq əlaqələrin və bank təcrübəsinin ölkəmizdə tətbiqi naminə Assosiasiyanın töhfəsi danılmazdır.
Bank BTB adından Azərbaycan Banklar Assosiasiyasına təşəkkürümü bildirirəm və gələcək fəaliyyətində yeni uğurlar arzu edirəm!
Bank “BTB” ASC
Müşahidə Şurasının sədri Rza Sadiq"
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























