"Umico.az-da isə gündəlik sifarişlərin sayı artıq 10 mindən çoxdur"
Umico.az-da isə gündəlik sifarişlərin sayı artıq 10 mindən çoxdur.
Marja xəbər verir ki, bunu "Bir" ekosisteminin Baş icraçı direktoru Fərid Məmmədov bildirib.
"Birbank mobil tətbiqində gündəlik ödənişlərin sayı 550 mini keçir. m10 vasitəsilə hər gün 80 minə yaxın köçürmə həyata keçirilir. Umico.az-da isə gündəlik sifarişlərin sayı artıq 10 mindən çoxdur. BakıKart-la ictimai nəqliyyatda təqdim olunan QR həldənsə bir dəqiqədə 200 dəfə istifadə olunur. Bütün bu rəqəmlər müştərilərimizin gündəlik həyatlarının əsas ehtiyaclarını ekosistemimizdə rahat, inteqrasiya olunmuş və sərfəli şəkildə təmin etdiklərini açıq şəkildə göstərir",- Fərid Məmmədov deyib.
"Alış-verişlərin 50 %-i kredit vasitəsilə baş tutur"
"Bir" ekosisteminin Baş icraçı direktoru əlavə edib ki, Umico.az-da müştərilər arzuladıqları məhsulu kreditlə bir neçə klikə əldə edərək maliyyə əlçatanlığı qazanırlar. Bu imkan sayəsində hazırda marketdə alış-verişlərin 50 %-i kredit vasitəsilə baş tutur. Trendyol-da Birbank taksit kartları vasitəsilə indiyədək 74 min müştəri 119 min dəfə alış-veriş edib.
"Bir ekosistem olaraq biz 200 mindən çox sahibkara xidmət göstəririk. Onlardan böyük bir qismi 100 mindən çoxu mikro sahibkarlarlıqla məşğuldur. Xidmətlərimiz rəqəmsal olduğu üçün ölkənin ucqar regionlarını belə əhatə edir. Bununla da həm sahibkarlar, həm müştərilər üçün öz həllərimizlə ümumi maliyyə savadlılığının inkişafına və rəqəmsallaşmanın təşviqinə də təkan veririk. Umico.az hazırda 1000-dən çox satıcıya öz məhsullarını geniş alıcı kütləsinə çatdırmağa imkan verir. Eyni zamanda, onlara təklif etdiyimiz maliyyə həlləri ilə satıcılar bizneslərini böyüdüb inkişaf etdirirlər",- Fərid Məmmədov deyib.
Qeyd edək ki, "Bir" ekosisteminin yaradılmasında əsas məqsəd müştərilərimizin ən çox yararlandığı sahələri ekosistem daxilində əlaqələndirib, onların gündəlik həyatına əlavə dəyər qatmaq və onlara daha rahat, inteqrasiya olunmuş həllər təqdim etməkdir. Müştərilər Birbank və m10-la bütün növ maliyyə əməliyyatlarını, yüz minlərlə məhsul seçiminə malik Umico.az və Trendyol-da alış-verişlərini, BakıKart-la nəqliyyat ehtiyaclarını ödəyirlər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















