46 dollardan Əbu-Dabi-Qəbələ aviareysi açılır - Qəbələyə daha çox ərəb turist gələcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq.
Aviaşirkət iyunun 19-dan etibarən Azərbaycanın füsünkar bölgəsi Qəbələ ilə dinamik inkişaf edən Əbu-Dabi arasında uçuşları həyata keçirəcək.
Reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.
“Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və 2 ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Yohan Eidhagen əlavə edib: “Biz uçuş şəbəkəmizi Əbu-Dabi və Qəbələ arasında yeni marşrutla genişləndirdiyimiz üçün çox şadıq. Yaxın Şərqi kəşf etmək istəyən səyahətçilər üçün bu maraqlı istiqamətlərə sərfəli qiymətlərlə uçuşlar təklif edirik. Wizz Air sərfəli və fərdiləşdirilə bilən seçimləri ilə insanlara büdcələrini aşmadan həyatı sərgüzəştlərlə zənginləşdirməyə imkan verən ağıllı səyahət üsuludur. Şirkətimiz sürətlə genişlənir və BƏƏ paytaxtından həyata keçirilən səyahətləri daha əlçatan edir. Sizi növbəti uçuşlarımızda qarşılamağı səbirsizliklə gözləyirik.”
Qeyd edək ki, “Wizz Air Abu Dhabi” – “ADQ” və “Wizz Air Holdings” Plc şirkətlərinin birgə müəssisəsi olub, Avropa, Afrika, Yaxın Şərq və Asiyanın 20-dən çox şəhərinə uçuşlar həyata keçirən ultra-lowcost aviadaşıyıcıdır. Aviaşirkət BƏƏ-nin paytaxtından əlçatan istiqamət şəbəkəsini aktiv şəkildə genişləndirərək dünyanın ən təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı aviadaşıyıcıları sırasındadır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















