Azərbaycanda “Borcluların reyestri” informasiya sistemi yaradılacaq
“Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilibBiznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”nun 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsi təsdiq edilib.
Ədliyyə Nazirliyindən Marja-ya verilən məlumatda bildirilir ki, Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov tərəfindən təsdiq edilən Yol Xəritəsi biznes mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üzrə həm qanunvericilik, həm də təşkilati tədbirləri əhatə edir.
Yol Xəritəsinin icrası çərçivəsində cari il ərzində icra sənədi üzrə icraatın effektivliyinin artırlması məqsədilə borclunun üçüncü şəxslərə qarşı pul tələbinə tutmanın yönəldilməsi, “Borcluların reyestri” informasiya sisteminin yaradılması, daşınmaz əmlak üzərində hüquqlara dair aktual məlumatların “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında tam ötürülməsi, icra sənədinin icrası zamanı inkasso sərəncamlarının icrası qaydasının təkmilləşdirilməsi və digər islahatların aparılması planlaşdırılır.
Bununla yanaşı, kommersiya mübahisələri üzrə verilmiş apellyasiya şikayətlərinə baxılması müddətlərinin uzanmasına təsir edən faktorların müəyyənləşdirilməsi, təxirə salınmış məhkəmə iclasları arasındakı müddətlərin tənzimlənməsi və məhkəmə, icra və mediasiya sahəsində statistikanın aktuallığının təmin edilməsi ilə bağlı işlərin görülməsi gözlənilir.
Yol Xəritəsində özəl sektor nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyalarının qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə ayda bir dəfə tematik mövzular üzrə birgə görüşlərin keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.
“Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür.
Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na rəhbərliyi ədliyyə nazirinin müavini Toğrul Hüseynov həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














