Nazirliyə yeni avtomobillər alınıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri general-mayor Şahin Mirzəyev iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə alınan 2024-cü il istehsalı olan 5 ədəd “Hyundai” markalı, 12 ədəd “Lada” markalı və 6 ədəd “Jac” markalı müasir avtomobillər haqqında məlumat verilərək bildirilib ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal sistemlə təsis olunub. Bu avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə hərtərəfli şərait yaradacaq. Yeni avadanlıqlar fövqəladə hallar zamanı vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına töhfə verəcək.
Həmçinin, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı əhalinin təhlükəsiz şəraitdə yerləşdirilməsini təmin etmək məqsədilə 500 ədəd 5 nəfərlik çadır, eləcə də 2000 ədəd çarpayı, 1600 ədəd oturacaq, 400 ədəd masa, hər birindən 2000 ədəd olmaqla adyal, yastıq və dolabça da alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







