Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatının proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər dəyər qazandı.
Belə ki, EUR/USD cütlüyü xəbər dərc olunduqdan sonra ucuzlaşaraq 1.08950 səviyyəsini test etdi. Lakin, günün sonuna doğru cütlük yenidən bahalaşaraq 1.09470 səviyyəsinə qədər artdı. Hazırda məzənnə yenidən 1.08950 həddində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.28610 səviyyəsindən 1.29650 səviyyəsinə qədər yüksəlib.
Qızılın qiyməti yenidən 2920$ səviyyəsinin üzərinə qalxıb. Qiymətli metal bazar ertəsi günü 2880$-a qədər dəyər itirdikdən sonra dünən 2921$-a qədər bahalaşıb. “Brent” markalı neftin bir barrel üçün qiyməti 70.70$-a qədər yüksəlib. “SP500” indeksi isə ötən ilin fevral ayından bəri ilk dəfədir ki, 5525 bənd səviyyəsinə qədər geriləyib.
Yanvar ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) aylıq ifadədə 232 min artaraq 7.740 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.650 milyon səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Həmçinin, Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi aylıq ifadədə 2%, illik ifadədə isə 12.5% artıb.
Bugün bazar iştirakçıları ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksini diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, Amerikada inflyasiya fevral ayında illik ifadədə 2.9%, aylıq ifadədə isə 0.3% artıb. Həmçinin, Kanada Bankının (BoC) faiz qərarı, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın çıxışı və “OPEC”-in aylıq toplantı hesabatının dərc olunması investorların marağına səbəb olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























