Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda avronun qiyməti dollar və funt sterlinq qarşısında bahalaşmağa davam edir. Belə ki, EUR/USD valyuta cütlüyü 1.08050 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 1.08740 səviyyəsinə qədər bahalaşıb. Hazırda məzənnə 1.08470 həddində ticarət olunur. EUR/GBP cütlüyü isə bugün səhər saatlarında 0.84240 həddini test edib. Son dəfə avronun funt qarşısında məzənnəsi qeyd olunan həddə 2025-ci ilin 24 yanvar tarixində ticarət olunub.
Bugün Yaponiyada dərc olunan statistik məlumatlar fonunda USD/JPY valyuta cütlüyündə yuxarı volatillik müşahidə olunur. Cütlük 146.540 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 147.220 səviyyəsinə qədər bahalaşıb. Verilən məlumatlara əsasən, ölkə ÜDM-i dördüncü rübdə 0.6% böyüyüb. Lakin, analitiklər göstəricinin 0.7% səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar. Həmçinin, Yaponiyada Şəxsi Ev Təsərrüfatları Xərclərinin İndeksi illik ifadədə 4.5% geriləyib.
“Brent” markalı neftin qiyməti ucuzlaşıb. “Qara qızıl” ötən həftə 71.70$-a qədər bahalaşaraq əldə etdiyi mövqelərini artıq cari həftənin əvvəlində itirib. Belə ki “Brent” bugün 68.80$ səviyyəsini test edib, hazırda isə 69.50$-a dünya bazarlarında təklif olunur.
“Bitcoin”-ın dəyəri həftəyə enişlə başlayıb. Kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası 76540$-a qədər ucuzlaşıb. Hazırda koin 80000$ civarında ticarət olunur.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 18:00-da dərc olunacaq "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatı investorların diqqət mərkəzində olacaq. Göstəricinin 7.600 milyondan 7.650 milyona qədər artacağı ehtimal olunur. Eləcə də, Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Avroqrupun toplantısı bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















