
Qlobal bazarlarda "ABŞ qasırğası"
Donald Trampın siyasətlərindən qaynaqlanan iqtisadi tənəzzül narahatlıqları investorların riskdən qaçmalarına, səhmləri və kriptovalyutalarını satmalarına səbəb olub.
ABŞ Prezidenti Donald Trampın tarif (gömrük rüsumları) siyasətlərinin, dövlət xərclərinin azaldılması planlarının və geosiyasi gərginliyi artıran bəyanatlarının iqtisadi artıma zərbə vuracağına dair narahatlıqları artırıb. Bu da bazarlarda kəskin satışlara səbəb olub.
Marja xəbər verir ki, narahatlıqlar xüsusilə Trampın keçən həftə Konqresdəki çıxışında “tariflərin narahatçılıq yarada biləcəyini" etiraf etməsindən sonra kəskinləşib.
Bu bəyanatlar ABŞ prezidentinin öz planlarını həyata keçirmək üçün iqtisadi risklərə getməyə hazır olduğu qənaətini yaradıb.
FED-i Nyu York şöbəsinin bazar ertəsi açıqladığı aylıq sorğusu da göstərib ki, ABŞ istehlakçıları yaxın müddətdə bir qədər yüksək inflyasiya gözləyirlər və maliyyə vəsaitləri ilə bağlı daha pessimistdirlər.
Dünən ABŞ-ın texnologiya şirkətlərinin səhmləri 2022-ci ildən bəri ən kəskin itkilərini yaşayıb (ucuzlaşıblar), Nasdaq 100 indeksi dünən təxminən 4 faiz düşüb, NASDAQ 100 texnoloji indeksinə daxil olan şirkətlərin ümumi kapitallaşması bir gündə 1 trilyon dollar azalıb, çünki investorlar daha riskli aktivlərdən qaçırlar.
"Möhtəşəm Yeddi" texnologiya şirkətlərinin shəmlərini göstərən indeks 5,4 faiz düşüb. S&P 500 indeksi də rekord həddən 9 faizə qədər geriləyib. Kriptovalyutalar dəyərini itirib. Bitcoin dünən təxminən 5 faiz, ikinci ən böyük rəqəmsal aktiv Ether isə təxminən 9 faiz ucuzlaşıb. ABŞ-da reytinqli on şirkət istiqrazların buraxılışını təxirə salıb.
Wall Street-in qorxu indeksi VIX yüksəlib. İnvestorlar təhlükəsiz sığınacaq kimi gördükləri ABŞ istiqrazlarına axın etdikcə gəlirlər aşağı düşüb. ABŞ-ın 2 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb.
Zərərlər ilkin olaraq bu səhər fyuçers indeksləri ilə Asiya bazarlarında əks olunub. Honq-Konq və Çin fond bazarları itkilərdən sonra bərpa olunub.
ABŞ-dakı satışlar bazarın "ulduz" səhmlərinin qiymətlərini də aşağı salıb. "Möhtəşəm Yeddilik" kimi tanınan 7 böyük texnologiya şirkətinin səhmləri də pik səviyyələrindən 20 faizdən çox ucuzlaşıb.
Tramp vəzifəyə gəldikdən sonra sürətlə bahalaşan Tesla şirkətinin səhmləri ilə bağlı vəziyyət dəyişib. Tesla-nın səhmləri ilin əvvəlindən bəri 45 faiz ucuzlaşıb. Şirkətin bazar dəyəri 600 milyard dollar azalıb.
Dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidia-da çöküş davam edib. Nvidia iki ayda 1 trilyon dollar dəyər itirib.
Bazarda narahatlıq səviyyəsini ölçən VIX indeksi də 6 gündür kritik hədd olan 20-nin üstündədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
7 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
8 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
13 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
13 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
13 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
