“Algoritma” şirkəti Mərkəzi Bankdan lisenziya aldı
Mərkəzi Bank tərəfindən “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.Mərkəzi Bankın İdarə Heyətinin 25 dekabr 2024-cü il tarixli Qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Marja.az xəbər verir ki. bu barədə Mərkəzi bank məlumat yayıb.
Qeyd edilib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
Qeyd edək ki, “Algoritma” MMC linklə ödəniş, partnyor paneli və yönləndirmə ödəniş həllərini təklif edir.
Bugünədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, "Mobile Payment Solutions" MMC, "Mpay" QSC, "Paysis" MMC, "PulPal" MMC, "Qoldenpey" ASC, "K GROUP" MMC, "Azərikard" MMC, "Payriff" QSC, "Greentek Group" MMC, "Cüzdan" MMC, "Tiko Azərbaycan" MMC, "Baku Pay" MMC, “Algoritma” MMC elektron pul təşkilatı lisenziyası, “Token Azərbaycan” MMC, "Global İnnovations" MMC, "Drakaris" MMC, "Multi Solutions" MMC, “M.A.X Sistemləri Plyus” MMC, “CİBPAY” MMC, “Fizza Pay” MMC, “Kabox” MMC ödəniş təşkilatı, "Azərikard" MMC ödəniş sistemi operatoru lisenziyası alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)









