Azərbaycanda ilk dəfə SPC dekor döşəmələri istehsal ediləcək - 6 milyonluq layihə
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən, Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti "Mister Décor" MMC-nin SPC dekor döşəmələrin istehsalı müəssisəsinin inşası yekunlaşmaq üzrədir. Artıq tikinti işlərinin 80%-dən artıq hissəsi bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya yatırılıb.
İZİA-dan Marja-ya verilən məlumata görə, ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.
İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli rejimdə təşkil olunacaq.
SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən, Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.
Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula plan təlabat ödəniləcək.
Qeyd edək ki, “Mister Décor” MMC hazırda Ağdam Sənaye Parkında divar kağızlarının istehsalı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
9 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























