Unibank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Unibank”ın İdarə heyətinin sədri Fərid Abuşovla UNEC rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətləri nəzərdə tutur.
Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən Unibank sədri Fərid Abuşov, UNEC-lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını qeyd edib.
Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında olan Unibank, peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.
UNEC haqqında ətraflı məlumat verən rektor Ədalət Muradov, universitetdə son illərdə həyata keçirilən yeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorla birbaşa ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin bu tələblərə uyğunlaşdırılması baxımından vacibliyini vurğulayan rektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsirinin olacağına inandığını bildirib. “Unibank”la əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, maliyyə sektoru ilə universitetin uzun müddətdir davam edən sıx əməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgə layihələrdən də danışılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











