Azərbaycan biznesini dünya miqyasında tanıtmaq üçün "NEW MEDIA" və “AWE Consulting” arasında memorandum imzalanıb
NEWMEDIA Agentliyi və “Kotler Impact” strateji marketinq icmasının MDB ölkələrində eksklüziv nümayəndəsi olan “AWE Consulting” şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu strateji addım iqtisadiyyatın əsas sektorlarında fəaliyyət göstərən ən innovativ və dayanıqlı Azərbaycan şirkətlərini beynəlxalq arenada tanıtmaq və nümayiş etdirmək məqsədi daşıyır.
"NEW MEDIA" şirkətinin rəhbəri Rasim Davudov ilə görüşdə “AWE Consulting” şirkətinin baş direktoru və təsisçisi Tata Çolariya dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin rəhbərlik etdiyi və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdən danışıb. O qeyd edib ki, “AWE Consulting” dayanıqlı inkişafa və sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyaları və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.
“Essentials of Modern Marketing” (EOMM) layihəsi yerli biznes nailiyyətlərini qabaqcıl marketinq təcrübələri ilə birləşdirməyə yönəlmiş qlobal təşəbbüsdür. Azərbaycanda ölkənin ən yaxşı şirkətləri haqqında məlumatların yer alacağı kitabın nəşri beynəlxalq tanınma və tərəfdaşlıq üçün yeni imkanlar açacaq. Kitab eyni zamanda müxtəlif ölkələrdəki universitetlərin akademik proqramlarının bir hissəsi olacaq, bu da azərbaycan şirkətlərin iştirakı ilə bilik mübadiləsi və mövzu tədqiqatlarının yaradılmasına töhfə verəcək.
"NEW MEDIA" Azərbaycan biznesinin innovativ həllərini beynəlxalq arenada nümayiş etdirmək və onun qlobal bazarda böyüməsini təşviq etmək məqsədi daşıyan bu layihəni dəstəkləyir. Azərbaycan və beynəlxalq auditoriya üçün kitabın nəşri ölkənin işgüzar dairələrinə uğurlu biznes nümunələri bölüşmək və qlobal platformada daha çox tanınmaq baxımından unikal imkan yaradacaq. Bu da öz növbəsində yeni tərəfdaşlıqlar, investisiyalar və bazar imkanlarının artırılması üçün perspektivlər yaradacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















