SberCIB analitikləri 2025-ci ildə dolların məzənnəsi ilə bağlı proqnozlarını 10 rubl azaldıblar
"SberCIB Investment Research" analitikləri indi dolların məzənnəsinin ilin sonuna qədər 115 rubl deyil, 105 rubl səviyyəsində olacağını gözləyirlər.
Marja xəbər verir ki, ilin əvvəlindən rublun hazırkı möhkəmlənməsinin əsas amilləri arasında - ixracatçılar tərəfindən valyuta satışlarının artımı, həmçinin geosiyasi gərginliyin azalması, Tramp və Putin arasında danışıqların başlaması göstərilir.
Bu vəziyyətdə analitiklər yaxın həftələrdə rublun 85 rubla kimi möhkəmlənəcəyini istisna etmirlər. Dünən Dollar 89 rubla düşüb.
Rublun məzənnəsinin sabitləşməsi üçün əhəmiyyətli kapital axını və ya ixracın əhəmiyyətli dərəcədə artması lazımdır. Analitiklər qeyd ediblər ki, tədarükün hazırkı səviyyəsində rublun ədalətli məzənnəsi bir dollar üçün 105 rubl təşkil edir. İxrac həcmləri bərpa olunmasa, ilin sonuna qədər milli valyuta tədricən bu səviyyəyə qayıdacaq.
Analitiklərin yenilənmiş proqnozu belədir:
- 2025-ci ilin birinci rübü - dolların məzənnəsi 90 rubl;
- ikinci rüb — 95 rubl;
- üçüncü rüb - 100 rubl;
- ilin sonu - 105 rubl.
Əvvəllər proqnozlar rublun zəifləməsinə, ilin sonuna kimi bir dollar üçün 115-ə kimi dəyər itirəcəyi idi. Həmin dövrdə analitiklər milli valyutanın məzənnəsinə təzyiq göstərməli olan amillər arasında - yüksək inflyasiyanın, ixracın potensial azalmasının və ya ödənişlərlə bağlı problemlərin, habelə ABŞ prezidenti Donald Trampın administrasiyasının tarifləri artırması fonunda Aİ və Çində iqtisadi artımın yavaşlaması riskləri səbəbindən dolların möhkəmlənməsini qeyd ediblər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















