Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşaraq öz mövqelərini bir qədər bərpa edə bilib. EUR/USD valyuta cütlüyü 1.05060 səviyyəsindən ucuzlaşmağa başlayıb və hazırda 1.04540 səviyyələrində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.26340 həddinə qədər yüksəldiyindən sonra 1.25950 həddinə qədər geriləyib. USD/JPY cütlüyü isə 151.230 səviyyəsini test etdikdən sonra 152.210 səviyyəsinə qədər bahalaşıb.
Qızılın qiyməti keçən həftənin sonunda itirdiyi mövqeləri qaytarmağa çalışır. Dəyərli metal cari həftəni 2878$ səviyyəsində açmış olsa da, bahalaşaraq 2914$ səviyyəsinə qədər yüksəlib. “OPEC+” ölkələri ABŞ prezidenti Donald Trampın hasilatı artırmaq çağırışlarına baxmayaraq, aprel ayından neft hasilatının artırılmasını təxirə salmaq qərarını nəzərdən keçirirlər. Bu xəbərin fonunda “Brent” markalı neftin qiyməti isə 74.60$-dan 75.65$-a qədər bahalaşıb.
Bazar ertəsi günü Yaponiya hökumətinin təqdim etdiyi ilkin hesabata əsasən, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0.7% artıb. Dördüncü rübdə Yaponiyada istehlak xərcləri 0.1% artıb. Eyni dövrdə ixrac 1.1% artdığı halda, idxal 2.1% azalıb. ÜDM-in illik ifadədə artım tempi 2.8% təşkil edib. Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi dekabr ayında 0.2% azalıb.
Həmçinin, Avrozonın Ticarət Saldosu proqnozların üzərində dərc olunub. Analitiklər göstəricinin dekabr ayında 16 milyard avro səviyyəsindən 14.4 milyard avro səviyyəsinə qədər azalacağını ehtimal etsələr də, Ticarət Saldosunun profisiti 15.5 milyard avro təşkil edib. Kanadada isə Tikintisi Başlanan Evlərin Sayı yanvar ayında 232.5 mindən 239.7 minə qədər artıb, lakin, ekspertlərin 251 minlik proqnozunun altında qalıb.
Bugün Böyük Britaniyada əmək bazarına dair açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, bugün ZEW (Avropa İqtisadi Tədqiqatlar Mərkəzi) tərəfindən Avrozonaya və Almaniyaya dair dərc olunacaq göstərcilər və Kanadada açıqlanacaq İstehlak Qiymətləri İndeksi bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 13 d. əvvəl
-
-
31 d. əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
1 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
-
4 saat əvvəl
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
Ən çox oxunanlar
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir
Azərbaycan holdinqinə daxil olan şirkətin adı dəyişib
Şirkətin kapitalı 21 milyon manatdan çox azaldılıb
AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün!
Azərbaycan neftinin son qiyməti






.jpg)






.jpg)





