PAŞA Kapital “Azərbaycan Maliyyə Forumu”-nun sponsoru oldu
(®) 14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi, ölkənin aparıcı maliyyə qurumlarının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Maliyyə Forumu”nda PAŞA Kapital İnvestisiya Şirkəti bu il də sponsor qismində iştirak edərək, tədbirin təşkilinə öz töhfəsini verib.
Azərbaycanın cari maliyyə sektorunda naliyyətlər və çağırışların əsas müzakirə mövzusu olan forumda PAŞA Kapital şirkətinin direktoru və eyni zamanda Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun Hacıyev açılış nitqi ilə çıxış edərək, “Rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Fintex həlləri, blokçeyn texnologiyaları və süni intellekt əsaslı maliyyə xidmətləri investisiya ekosistemini yenidən formalaşdırır. Bu dəyişikliklərə uyğunlaşmaq, çevik və proaktiv olmaq bazar iştirakçıları üçün əsas prioritetlərdən biridir”, deyə qeyd edib.
Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə keçirilən və ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyan forum çərçivəsində 5 panel müzakirəsi təşkil olunub:
- Maliyyə sektorunun inkişafının ölkənin qlobal rəqabət qabiliyyətinə təsiri;
- Qeyri-neft sektorunun maliyyələşdirilməsi imkanları;
- Maliyyə inklüzivliyinin genişləndirilməsi;
- Kapital bazarında yeni rəqəmsal həllərin tətbiqi;
- BOKT sektoru və requlyativ dəyişikliklər.
“Kapital bazarında yeni rəqəmsal həllərin tətbiqi” panelində çıxış edən PAŞA Kapital şirkətinin hüquq və korporativ idarəetmə üzrə direktor müşaviri Orxan Səfərov hüquqi tənzimləmələr çərçivəsində yeniliklər ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Bundan əlavə, AFBİA-nın fəaliyyəti çərçivəsində maliyyə sektorunun innovativ inkişafına, investor etimadının gücləndirilməsinə və Azərbaycanın iqtisadi inkişafına töhfə vermək istiqamətində işlərin davam etdiriləcəyi vurğulanıb.
Azərbaycan kapital bazarlarının inkişafı üçün müstəsna xidmətləri ilə seçilən PAŞA Kapital investorlara yerli və xarici bazarda geniş çeşidli investisiya alətlərindən istifadə imkanı təqdim edir və daha inklüziv investisiya mühitinin yaradılması, həm institusional, həm də fərdi investorların bazarda daha aktiv iştirakının təşviqinə çalışmaqdadır.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















